Moskvada öldürülən Rusiyanın kriminal aləmin avtoriteti "Ded Xasan"ın varisi seçilib. Moskvada öldürülən Rusiyanın kriminal aləmin avtoriteti "Ded Xasan"ın varisi seçilib.

“Ded Xasan”ın varisi elan olundu

Moskvada öldürülən Rusiyanın kriminal aləmin avtoriteti "Ded Xasan"ın varisi seçilib.




Mafiya nümayəndələri İspaniya türməsində cəza çəkən "qanuni oğru" Zaxariya Kalaşovanu (Şakro-Molodoy)a üstünlük veriblər.

AzNews.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, varis məsələsinin müzakirəsi "Ded Xasan"ın ölümünün 9-cu günü baş verib. Yanvarın 25-də paytaxtın Xovanski qəbirstanlığına yüzlərlə adam toplaşıb. Bundan sonra dəvət olunanalar 1905-ci il küçəsindəki "Naş dvor" restronanına gedib. Restron kənar şəxslər üçün bağlı olub.

Hüzr mərasimində Aslanın oğlu Usoyana Nodar və başqa yaxın qohumlar, o cümlədən onun qardaşı oğlanlarından biri Dmitri Çanturiya (Miron) da iştirak edib. Çantruiya "Ded Xasan"ın yerinə ehtimal edilən digər ailə üzvləri- Temur Mirzəyev (Timur Svedloskiy), Yuriyem Usyon (Yura Soçinskiy) və az tanınan, lakin Usoyana yaxın olan Sadko alı şəxslərlə birlikdə namizədlər arasında yer alıb. Ancaq kriminal aləmdə hesab edirlər ki, bunların hamısı "Ded Xasan"ın sahib olduğu avtoritetin heç onda birinə layiq deyil. Buna görə də onlar vorzakon Zaxariya Kalaşovun (Şakro-molodoy) üzərində dayanıblar.

59 yaşlı kriminal general Şakro-molodoy nəinki Rusiyada eləcə də xaricində yaxşı tanınır. O, ABŞ hakimiyyəti tərəfindən "Qardaşlıq dairəsi" (beynəlxalq kriminal aləmin başçılarının toplandığı dairə) kimi tanınan qrupa daxil olub

Şakro-molodoy "Ded Xasan" kimi Tiflisdə anadan olub, milliyətcə kürddür.


AzNews.az