22:52
(077) 610-22-33

Bakıda “Vinçestr”lə adam vuran şəxs hansı məmurun qohumudur?

  • >
468 5 Fevral 2013 13:40 | Kriminal

Polis hadisə ilə bağlı məlumat verməkdən yayınır


Dünən Bakı şəhəri, Rəsulzadə qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı yeni məlumat vermişdik.

Xat;rladaq ki, dünən yaydığımız məlumatda qeyd etmişdik ki, Binəqədi rayonu ərazisində yerləşən "KredoAqro" bankın rəhbərliyində təmsil olunduqları bildirilən Xalid və Zamiq qardaşları mübahisə zəminində Renat və İlkin qardaşlarına ağır bədən xəsarətləri yetiriblər.

Belə ki, Xalid əvvəlcə bıçaqla zərərçəkmişin başına zərbələr endirib, daha sonra isə "Vinçester" tipli odlu silahla atəş açmağa başlayıb. Nəticədə zərərçəkmişlər – Renat və Zamiq qardaşları ağır xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkmişlərin anasının "102"yə zəng etməsiylə hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Buna qədər isə odlu silahdan atəş açan Xalid artıq hadisə yerindən uzaqlaşmağı bacarıb. Polis əməkdaşları isə onun qardaşı Zamiqi Polis İdarəsinə apararaq dindiriblər.

Dünən gecə saatlarında baş vermiş bu silahlı insidentlə bağlı əlavə məlumat almaq məqsədilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etdik. Amma idarədən əməkdaşımızı baş vermiş insidentlə bağlı xəbərsiz olduqlarını bildirdilər. Bu gün də polisdən rəsmi məlumat almaq cəhdlərimiz boşa çıxdı.

Daha sonra isə AzNews.az xəbər portalının əməkdaşı Musa Nağıyev adına Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasına müraciət edib və xəstəxanadan dünən gecə saatlarında ağır yaralanmış şəxsin qəbul edildiyini təsdiqlədiləyiblər. Öyrənə bildik ki, xəstəxanaya yerləşdirilən Renat və İlkin İbrahimov qardaşlarıdır. Renat İbrahimovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. İlkin İbrahimov isə xəsarətləri ağır olduğundan xəstəxanada müalicəsini davam etdirir.

Bu arada insidentdə adı hallandırılan və odlu silahla atəş açan şəxslə bağlı ilginc məlumatlar da əldə etmişik. Əməkdaşımızın öyrəndiyinə görə, hadisənin səbəbkarı olan Xalid çox yüksək vəzifəli bir məmurun qohumudur və bu üzdən də indi baş vermiş insidentin ört-basdır edilməsinə çalışılır. Binəqədi polisinin məsələ ilə bağlı məlumat verməkdən boyun qaçırması da məhz bununla bağlıdır. Həmin məmurun kimliyi ilə bağlı araşdırmalarımız isə davam edir.

İlkin
AzNews.az

Bağla X