İranın Sosial Təminatlar Təşkilatının keçmiş rəhbəri Səid Mürtəzəvi həbs edilib. İranın Sosial Təminatlar Təşkilatının keçmiş rəhbəri Səid Mürtəzəvi həbs edilib.

Keçmiş məmur həbs olundu

İranın Sosial Təminatlar Təşkilatının keçmiş rəhbəri Səid Mürtəzəvi həbs edilib.



Bu barədə çərşənbə axşamı IRNA agentliyi Tehran prokurorluğunun rəsmi saytına istinadən xəbər yayıb.
Prokurorluğun saytında Mürtəzəvinin həbsi haqqında ətraflı məlumat verilmir.

Qeyd edək ki, İran Prezidenti Mahmud Əhmədinejad seçkilərə sayılı aylar qaldığı bi vaxtda ölkə parlamentinin spikeri Əli Laricaninin ailəsini korrupsiyada ittiham edib. Bir müddət əvvəl bu barədə "Royter" agentliyi xəbər yayıb.
Xatırladaq ki, Əhmədihejad barəsində impiçment qərarının çıxarıldığı nazirlərdən birini müdafiə etməkdən ötrü deputatlar qarşısında spikerin qardaşlarının iştirakı ilə söhbətin videogörüntülərini yayımlayıb və Laricaninin öz ailəsini korripsiyada ittiham edib.
Qeyd edək ki, Laricaninin sədrliyi ilə parlament əmək naziri Əbdülrza Şeyxülislaminin istefaya göndərilməsi barədə qərar qəbul edib. Nazir məhbusların ölümündə günahlandırılan keçmiş prokuror Səid Mürtəzəvini yeni işə təyin etməkdə ittiham olunub.
İran Prezidentinin sözlərinə görə, Fazil Laricani Mürtəzəviyə deyib ki, o, bir sıra biznes layihələrində iştirak etmək müqabilində maneələrin aradan qaldırılması üçün öz qardaşlarının nüfuzundan istifadə edə bilər.
"Mehr" agentliyi xəbər verir ki, fevralın 3-də parlament əmək və sosial işlər naziri Əbdülrza Şeyxüislaminin impiçmentini elan edib. İmpiçmentin elan olunmasına səbəb nazirin əvvəllər İranın Sosial Təhlükəsizlik İctimai Təşkilatının rəhbəri postundan qovulmuş Səid Mürtəzəvini dövlət qulluğuna təyin etməsi olub.