Rövşən Lənkəranskiyə Türkiyədə sui-qəsd edildi-ŞOK




Rusiya və Türkiyədə eyni zamanda iki "qanuni oğru"ya- Rövşən Caniyev və Əhməd Evloyevə sui-qəsd edilib. AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, kriminal aləmdə "Stulıy" ləqəbi ilə tanınan Əhməd Evloyev Ded Xasana qarşı Rövşən Lənkəranskinin yaxın "silahdaşlarından" biri olub.

Sui-qəsd başqa ad altında Avropadan Rusiyaya gələn, ancaq həbs edilən Camal Mikeladzenin həbsindən dərhal sonra həyata keçirilib.

Qeyd edək ki, Cemo ləqəbli Camal Mikeladze həm də Ded Xasanın öldürülməsi ilə bağlı dindirilir. Onun çantasına baxışı zamanı saxta sənədlər, əl qumbarası tapılıb.

Mətbuatın yazdığına görə, hər iki hadisə Ded Xasanın öldürülməsinə cavab məqsədi daşıyır. Hətta Aslan Usoyanın öldürülməsindən sonra Cemo və Rövşən Lənkəranskinin görüşdükləri barədə iddialar da var.

Xatırladaq ki, bir neçə gün əvvəl R.Lənkəranskinin killeri kimi təqdim edilən Rafo Gəncəlinin öldürüldüyü və R.Lənkəransliyə ölüm hökmü çıxarıldığı bildirilirdi.

Məsələ barədə daha ətraflı məlumatı yaxın saatlarda dərc edəcəyik.

Elnur
AzNews.az