Rusiyalı qadın Bakıda iki nəfəri bıçaqlayıb

Rusiya vətəndaşı olan qadın Bakıda iki nəfəri bıçaqlayıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 4-də Daş karxanası küçəsində Qazax rayon sakini Üzeyir Yusifov və Ağa Nemətulla küçəsində Bakı şəhər sakini Anar Məmmədxanov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hər iki cinayətdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rusiya vətəndaşı Olqa Adeyeva fevralın 5-də saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az