Avtoritet Rövşən Lənkəranskinin ölüm xəbəri yayıldı - VİDEO



Dünən İstanbulda sui-qəsdə məruz qalan azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin, aldığı yaralardan öldüyü bildirilir.

Praym-Kraym agentliyinin verdiyi məlumata görə, Ded Hasanın ölümündən sonra qətlinə "fərman" verilmiş 38 yaşlı azərbaycanlı avtoritet Rövşən Caniyev Türkiyənin İstanbul şəhərində dünən məruz qaldığı silahlı hücum zamanı aldığı yaralartdan bu gün dünyasını dəyişib.

Hadisənin baş verməsinin və Caniyevin ölümünün detalları haqqında heç bir məlumat verilmir.




Publika.az