Şok faktlar üzə çaxır: Cinayəti başqası boynuna götürüb: əsl səbəbkar kimdir? Şok faktlar üzə çaxır: Cinayəti başqası boynuna götürüb: əsl səbəbkar kimdir?

“Elbaro” restoranındakı gülləbaranın gizlinləri AzNews.az-da

Şok faktlar üzə çaxır: Cinayəti başqası boynuna götürüb: əsl səbəbkar kimdir?



Yanvarın 6-da gecə saat 23:00 radələrində Yasamal rayonu ərazisində silahlı inisident baş verməsi barədə məlumat vermişdik. Qeyd etmişdik ki, Zahid Xəlilov küçəsində yerləşən (Bakı Dövlət Universiteti ilə üzbəüz) "Elbaro" restoranında müştərilər arasında baş verən mübahisə sonda qanlı olayla nəticələnib. 2 nəfər güllə yarası alıb.

Hadisədən bir neçə dəqiqə sonra əməkdaşımız həmin yerə getmişdi və bəzi maraqlı məqamları müşahidə etmişdi. Hadisə yerində 10-a yaxın qadınların narahat halda gözləmələri, polislərin ərazini ciddi mühafizə etməsi və vəzifəli şəxslərin çaşqın halda hərəkətləri əməkdaşımızın diqqətini çəkmişdi. Əməkdaşımız həmin vaxt polislərin birilə söhbətində işin alt qatında şübhəli məqamların olduğuna eyham vurmuşdu. Biz məsələni dəqiqləşdirmədiyimiz üçün həmin vaxt bunları yazmadıq. Amma araşdırmamızı davam etdirdik. Və baş verənlərlə bağlı çox ilginc məlumatlar əldə etdik.

Əvvəla onu bildirək ki, əməkdaşımız hadisə yerində olanda polislər cinayəti törədən adamın axtarışına başlanmazdan əvvəl bəzi məqamları dəqiqləşdirməkdən ötrü hadisə şahidlərini sorğu-sual etdiklərini bildiriblər. Hadisənin şahidi olan şəxslər isə onların BMW X-5 və Mercedes markalı maşınlarına minərək qaçdıqlarını deyiblər. Ancaq hadisənin baş verməsindən bir saat sonra APA DİN-ə istinadən xəbər yaydı ki, artıq hadisəni törədən şəxs (Həsənov Samir Budaq oğlu) saxlanılıb. Bir daha qeyd edək ki, bu məlumat yayılanda hüquq mühafizə orqanları hələ hadisə yerində "dindirmə əməliyyatı" keçirirdi.

Deməli, şübhələr əsasız deyilmiş. Sən demə, saxlanılan adam əslində hadisəni törədən şəxs deyil. İkinci maraqlı məqam isə odur ki, hadisə heç də "Sayqa" markalı ov tüfəngindən yox, avtomatla törədilib. Əldə etdiyimiz məlumatlarda hadisənin kim tərəfindən törədilməsi haqda da konkret informasiya var. Biz hələlik həmin informasiyanın dəqiqləşdirilməsiylə məşğul olduğumuzdan həmin şəxsin kimliyini açıqlamamaq qərarına gəlmişik. Bununla bağlı yalnız onu bildiririk ki, əslində hadisəni törədən şəxs Azərbaycanın məşhur bəstəkarlarından birinin qardaşıdır.

Hadisəni boynuna götürən şəxsin kimliyi barədə də müəyyən informasiya əldə etmişik. Deyilənə görə o, 9-cu mikrorayon ərazisində yerləşən "Zeytunluq bağları"ndakı restoranlara sahib olan qardaşlardan biridir.

Güllələnənlər kimlərdir?

Araşdırmamız zamanı məlum oldu ki, yaralanan 1968-ci il təvəllüdlü Məmmədov Aydın Akif oğlu Bakıda tanınmış zərgərlərdən biridir. Digər yaralı 1993-cü il təvəllüdlü Emin Məmmədov isə tələbədir. O Türkiyənin nüfuzlu iniversitetlərindən birində təhsil alır

Bəs hadisə necə baş verib?

Əldə etdiyimiz məlumatda bildirilir ki, Aydın Məmmədov restoranda anasının doğum gününü qeyd edirmiş. Elə bu münasibətlə də oğlunu Türkiyədən gətizdiribmiş. Məclisdə Aydın və Emin istisna olmaqla iştirakçıların hamısı qadın olub.
Məclisin sonuna yaxın Eminlə qonşu masada əyləşən həmyaşıdı arasında mübahisə düşüb. Mübahisəyə sonradan onun atası qoşulub. Və sonda məlum hadisə baş verib.

Hazırda yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Emin Məmmədov hələ də reanimasiyadadır.

Azər
AzNews.az
image description