15:31
(077) 610-22-33

Rövşən Lənkəranskiyə sui-qəsddə çeçen izi

  • >
429 7 Fevral 2013 21:56 | Kriminal


Türkiyədə "qanuni oğru" Rövşən Caniyevə qarşı sui-qəsddə çeçen mafiyasının da adı hallandırılır.

"Kriminalnaya Rossiya" xəbər verir ki, Lənkəranskini təqib edənlər arasında ona və köhnə yoldaşı "Taxi" ləqəbli Georgi Uqlaveyə düşmən olanlar çoxdur. Bu düşmənçiliyin tarixi isə 2008-ci ilə uzanır. Həmin vaxt Taxi paytaxt restoranlarından birində dava salaraq, administratoru döyüb. Administratorun çağırışına gənc çeçen, ancaq tanınmış avtoritet Adlan gəlib. Normal söhbət alınmayıb, Adlan külqabını Taxinin başına vurub. Yara ciddi olub, Taxi təhqir edilməsini qəbul etməyib. Onun köməyinə Rövşən gəlib.

Lənkəranskinin adamları (onların arasında bu günlərdə ölüm xəbəri yayılan Rüfət Nəsibov da olub) Adlanı beysbol ağacları ilə ölənə qədər döyüblər. İşə Adlanın tanınmış qohumları qarışıb, ancaq Taxi müxtəlif vasitələrlə hadisə ilə əlaqəsinin olmadığına inandıra bilib. Ded Xasanın öldürülməsi ilə bir çox sirr ortaya çıxıb və Adlanın ölümündə R.Caniyevin adamlarının əli olduğundan çeçen mafiyası xəbər tutub.

Elnarə
AzNews.az


Bağla X