00:19
(077) 610-22-33

Azərbaycanda həkim qətlə yetirildi

  • >
299 8 Fevral 2013 09:38 | Kriminal

Yevlax rayonunda dəhşətli qətl hadisəsi törədilib.



Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Yevlax şəhəri ərazisində 1951-ci il təvəllüdlü Rüstəmzadə Müzəffər İsmayıl oğlu küt alətlə qətlə yetirilib. Baş və bədəninin müxtəlif nahiyələrində ağır xəsarətlər alan 62 yaşlı M.Rüstəmzadə xəstəxanaya çatdırılsa da ölüb.

Qətlə yetirilmiş M.Rüstəmzadə həkimdir və Yevlax rayon Mərkəzi Xəstəxanasında işləyir. Onun kim tərəfindən, nə səbəbdən və hansı şəraitdə qətlə yetirilməsi hələlik məlum deyil. Hadisəni törədən şəxs və ya şəxslərin yaxalanaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az
Bağla X