Maskalı şəxslər Salyan sakininin evinə basqın edib

Salyan sakininin evinə basqın olub. Salyan Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, maskalı üç nəfər Salyan rayonu Aslan Hüseynov küçəsi, 36 ünvanında yaşayan, 1956-cı il təvəllüdlü Nəcəfov Məmmədsadıq Məmədtağı oğlunun evinə basqın edib.

Maskalıların hücumuna məruz qalan ev sahibi evdə olan 500 manatı onlara verib. Sonra maskalılar evi tərk ediblər. Evə basqın edənlərin tutulması istiqamətində Salyan polisi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az