Polis cinayətkarları axtarır Polis cinayətkarları axtarır

Bir ton kokain tutuldu

Polis cinayətkarları axtarır



Venesuela hüquq-mühafizə orqanları Apure ştatında keçirilmiş əməliyyat nəticəsində saxlanılmış təyyarədə bir tondan çox kokain müsadirə edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Venesuela DİN-nin rəhbəri Nestor Reverol mətbuata açıqlamasında bildirib ki, kiçik ölçülü təyyarə Venesuelanın Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən Kolumbiya sərhədi yaxınlığında qanunsuz uçuş həyata keçirərkən aşkar edilib.

Təyyarənin göyərtəsində bir tondan çox kokain aşkar olunub. Venesuela hüquq-mühafizə orqanlarının ehtimalına görə, narkotik Kolumbiyadan Venesuelaya ABŞ-a keçirmək məqsədi ilə gətirilib.

Hal-hazırda polis təyyarənin aşkar olunduğu ərazidə cinayətkarların aşkarlanması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir. Nazir açıqlamasında bildirib ki, cinayətkarlar polisə müqavimət göstərərək hadisə yerindən bir neçə avtomobildə uzaqlaşıblar.

Qeyd edək ki, Venesuela hüquq-mühafizə orqanları 2012-ci ildə 27 tonu kokain olmaqla 45 tondan çox müxtəlif narkotik vasitələri ələ keçirib.

AzNews.az