22:26
(077) 610-22-33

Azərbaycanda hərbçi üç nəfəri bıçaqlayıb

  • >
317 11 Fevral 2013 09:42 | Kriminal

Azərbaycanda hərbçi ağır cinayət törədib.Bu barədə APA-ya Zaqatala rayon Prokurorluğundan məlumat verilib.

Hadisə ötən gecə ötən gecə qeydə alınıb. Daxili Qoşunların Zaqatalada yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu Xançanov Elvin Elçin oğlu mübahisə zəminində rayon sakinləri – 29 yaşlı Əhmədov Namiq Nazim oğlunu, 29 yaşlı Vəliyev Tərlan Şaiddin oğlunu və 28 yaşlı Qafurov Ruslan Bayram oğlunu bıçaqlayıb. Hər üç yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən E.Xançanov saxlanılıb. İlkin məlumata görə, E.Xançanov hadisəni törədən zaman sərxoş vəziyyətdə olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az
Bağla X