11:23
(077) 610-22-33

300 “qanuni oğru” Dubaya gedir

  • >
317 11 Fevral 2013 13:46 | Kriminal

DED XASANIN 10 TƏRƏFDARI “TACLANDIRILACAQ”





Moskvada qətlə yetirilən Aslan Usoyanın klanına daxil olan "qanuni oğru"lar Birləşmiş Ərəb Əmirliklərində "sxodka" keçirəcək. Bu barədə məlumatı "Rosbalt" yayıb. Məlumata görə, "sxodka"nı Dmitri Çanturiya (Miron), Temur Mirzoyev (Timur Sverdlovskiy) , Vasili Xristoforov (Vasya Voskres), Qadi Kaloyan (Onik), Valeri Farizov (Valera Kurd) təşkil edəcək.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, klanın üzvləri ötən həftə turist şirkətlərindən birinə müraciət edərək "qanuni oğru"ların səfərinin təşkilinə kömək istəyiblər. Turist şirkətindən 100-ə yaxın "qanuni oğru"ya viza məsələləri ilə bağlı kömək göstərilməsi istənilib. Ümumilikdə isə "sxodka"da 300 nəfərin iştirakı gözlənilir.

Məqsəd klanı bütöv və güclü göstərmək, həmçinin koordinasiya məsələlərini həll etməkdir. Bundan başqa 10-ya yaxın şəxsin "taclandırılması" da nəzərdə tutulur. Bunlardan biri də Aslan Usiyanın 28 yaşlı qohumu Timur Arxangelskidir.

T.Arxangelski milliyətcə kürddür. 2 dəfə məhkum edilib və 2012-ci ildə cəzasını başa vurub. Həbsdən azad olduqdan sonra onun "kriminal general" Valeri Kürd qanadları altına alıb. Valeri Kürd özü isə Ded Xasana yaxın adam olub. Timur Arxangelskinin zərgərlərə silahlı hücum və fırıldaqçılıqla məşğul olan silahlı dəstə yaratdığı bildirilir. O, Ded Xasanın dəfnində də iştirak edib və klana bir sıra məsələlərdə köməyini göstərib.

Elnur
AzNews.az

Bağla X