14:32
(077) 610-22-33

Cinayətkar qrup zərərsizləşdirildi

  • >
286 12 Fevral 2013 09:40 | Kriminal

Rusiyada Azərbaycan və Tacikistan əsilli şəxslərin yaratdığı cinayətkar qrup zərərsizləşdirilib.




AzNews.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Novosbirskdə fəaliyyət göstərən, 19-23 yaşlı gənclərdən ibarət cinayətkar qrup bir neçə cinayət hadisəsi törədib.

Rusiya polisi cinayətkar dəstənin izinə keçən ilin noyabrında törədilmiş iki cinayət hadisəsini araşdırarkən düşüb. Barların birində cinayətkar dəstənin üzvləri bara gələnlərlə mübahisə edib. Həmin şəxsləri bardan çölə dəvət edən cinayətkarlar onları döyüb, üzərindəki pulu, mobil telefonu və digər qiymətli əşyaları alıblar. Bir müddət sonra cinayətkar dəstə internet-klublardan birində peyda olub. Eyni qayda ilə internet-kluba gələnlərlə mübahisə edən cinayətkar dəstə onları da döyərək soyub. Bu dəfə hadisə zamanı bir nəfəri də qarın nahiyəsindən bıçaqlayıblar.

Cinayətkar dəstənin Azərbaycan əsilli rəhbəri Rusiyadan Azərbaycana qaçmaq istəyib. O, əvvəlcə qatarla Novosibirskdən Moskvaya gəlib, lakin Barabinskdə saxlanıb. Novosibirskdə isə cinayətkar dəstənin 3 üzvü də saxlanıb. Onlardan pnevmatik "Kalaşnikov" avtomatı, bıçaq və cinayət hadisələri zamanı geyindikləri paltarlar götürülüb.

AzNews.az
Bağla X