RUSİYANIN KRİMİNAL ALƏMİNƏ RƏHBƏRLİK EDƏCƏK ŞƏXS MƏLUM OLDU RUSİYANIN KRİMİNAL ALƏMİNƏ RƏHBƏRLİK EDƏCƏK ŞƏXS MƏLUM OLDU

Ded Xasanın son telefon danışıqları üzə çıxdı

RUSİYANIN KRİMİNAL ALƏMİNƏ RƏHBƏRLİK EDƏCƏK ŞƏXS MƏLUM OLDU





"Prestupnaya Rossiya" Moskvada öldürülən Aslan Usoyanla bağlı açılan cinayət işi ilə əlaqədar maraqlı məqamlar açıqlayıb. Xəbərdə bildirilir ki, bu günlərdə həbs edilən Camal Mikaladzeyə Ded Xasanın öldürülməsi ilə bağlı ittiham irəli sürüləcək.

Məlumata görə, Ded Xasanla "Cemo" ləqəbli bu "qanuni orğu"nun telefon danışıqları üzə çıxıb. Həmin telefon danışığında Ded Xasan Cemoya onun artıq "oğru" olmadığını bildirib. Artıq saxlanılan C.Mikeladze müstəntiqlər tərəfindən dindirilib. Qeyd edək ki, C.Mikeladzenin Rövşən Lənkəranski ilə birlikdə Ded Xasana qarşı birləşdikləri iddia edilir.

Bu arada Rusiyanın kriminal aləminə rəhbərlik edəcək şəxs məlum olub. Ded Xasanın öldürülməsindən sonra vəzifə bölgüsünə əsasən Rusiya kriminal aləminə Edik Tbilisski ləqəbli Euard Asatryan liderlik edəcək. Gənc lider təkcə Rusiyada yox, başqa ölkələrdə də kriminal klanları idarə edir. Hazırda həbsdə olan Şakro Maladoyla dostluq əlaqələri olan Asatryan cinayətkar aləmin "elitası" hesab edilir.

Elnur
AzNews.az