Xaçmazda bıçaqlanma faktı qeydə alınıb Xaçmazda bıçaqlanma faktı qeydə alınıb

Xaçmazda ailə faciəsi

Xaçmazda bıçaqlanma faktı qeydə alınıb



Trend xəbər verir ki, rayonun Köhnə Xaçmaz kənd sakini Rəcəb Rəcəbov həyat yoldaşını, oğlunu bıçaqlayıb, gəlininə isə küt alətlə xəsarət yetirib. O, həyat yoldaşı 1943-cü il təvəllüdlü Sona Rəcəbovaya 4, oğlu 1978-ci il təvəllüdlü Rasim Rəcəbova 1 bıçaq xəsarəti yetirib. Gəlini 1970-ci il təvəllüdlü Yasəmən Rəcəbovanı isə baş nayihəsindən küt alətlə vurub.

Yaralılar təcili Xaçmaz MRX-ya çatdırılıb. Xəstəxanadan RTV-yə verilən məlumata görə, Sona Rəcəbova və Rasim Rəcəbovun vəziyyəti ağırdır. Yasəmən Rəcəbovanın isə xəsarətləri yüngül olduğundan o, ambulator qaydada müalicəyə buraxılıb.

Hadisəni törədən Rəcəb Rəcəbov artıq həbs olunub. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az