Bakıda qətl hadisəsi baş verib. Bakıda qətl hadisəsi baş verib.

Bakı sakini döyülərək öldürüldü

Bakıda qətl hadisəsi baş verib.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvanında 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəminində 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyərək öldürüb.

Polis əməkdaşları tərəfindən M. Həsənov saxlanılıb və barəsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az