Gülər Əhmədovanın həbsi ilə bağlı prokurorluq məlumat yaydı Gülər Əhmədovanın həbsi ilə bağlı prokurorluq məlumat yaydı

Gülər Əhmədovaya 1.000.000 dollarlıq iddia- RƏSMİ

Gülər Əhmədovanın həbsi ilə bağlı prokurorluq məlumat yaydı

Respublika Baş Prokurorluğu Gülər Əhmədovanın həbsi ilə bağlı açıqlama yayıb. AzNews.az-ın məlumatına gQurumun mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan açıqlamada deyilir:


Xəbər verildiyi kimi Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib.

Bundan başqa o, S.Babayevanın 2007-ci ilin may ayında vətəndaş Namiq Əliyev və başqalarının etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda özgə əmlaklarını ələ keçirdiyinə görə barəsində 19 yanvar 2009-cu il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində istintaqın aparıldığını, həmin iş üzrə S.Babayevanın qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın qəbul olunduğunu bilərək, şəxsi münasibətlərinə görə 26 sentyabr 2012-ci il tarixdə onu Bakı Hava Limanından İstanbula yola salıb. Qabaqcadan aralarında olan razılaşmaya əsasən tanışı - Türkiyə Respublikasının vətəndaşı Selcuk Ağlayan onun xahişinə əsasən S.Babayevanı qarşılayaraq İstanbulda Meryem Solmaz adı ilə 26 dekabr 2012-ci il tarixə kimi qeyri-leqal yaşamasını təşkil edib həmin müddətdə onun Türkiyə Respublikasında yaşamasını maliyyələşdirməklə S.Babayevanın tutulmasına aktiv mane olub qabaqcadan vəd etmədən ağır cinayəti gizlədib.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AzNews.az