10:22
(077) 610-22-33

“Flora Kərimova mütləq məsuliyyətə cəlb olunacaq” - POLİS

  • >
195 15 Fevral 2013 11:01 | Kriminal


Xalq artisti Flora Kərimova Lent.az-a açıqlamasında yol hərəkəti qaydalarına əməl etməməsindən və qanun pozuntularına yol verdiyini dilə gətirib: "Yol hərəkəti qaydalarına o qədər də əməl etmirəm. Tez-tez qanun pozuntularına yol verirəm. İllərdir maşın sürürəm, ancaq hələ də yol hərəkəti qaydalarını tez-tez pozuram".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzNews.az-a açıqlamasında Flora Kərimovanın məsuliyyətə cəlb olunacağını bildirdi:

"Flora xanım sevilən bir sənətkardır. Hər birimizin onun sənətinə hörməti var. Amma bu o demək deyil ki, o, bu səlahiyyəti aşmalıdır. Əgər Flora xanım yol hərəkəti qaydalarına əməl etmirsə, deməli, o, Azərbaycan qanunlarına əməl etmir. Bu da qanunlara vətəndaş tərəfindən edilən hörmətsizlikdir. Bu da yaxşı hal deyil. Əgər Flora xanım yol hərəkəti qaydalarını pozubsa, onun kameralarda görüntüləri var. Mən bununla bağlı göstəriş verəcəm. Əgər belə bir hal aşkarlansa, onun yol hərəkəti qaydalarını pozması üzə çıxsa, Flora Kərimova mütləq məsuliyyətə cəlb olunacaq. O, yol hərəkəti qanunlarına əməl etməməsinə görə, cəzalanacaq. Buna əmin ola bilərsiniz."

Bahar Rüstəmli
AzNews.az

Bağla X