“Albert Gəncəli diaspora nümayəndələri ilə görüşür və onlardan pul alır” “Albert Gəncəli diaspora nümayəndələri ilə görüşür və onlardan pul alır”

Azərbaycanlı “qanuni oğru” barədə ŞOK məlumat yayıldı

“Albert Gəncəli diaspora nümayəndələri ilə görüşür və onlardan pul alır”




2 yeni "qanuni oğru" Arxangelskdə fəaliyyətə cəhd edir. Onlardan biri azərbaycanlıdır. Bu barədə məlumatı Rusiya mətbuatına açıqlamasında Daxili İşlər Nazirliyinin Arxangelsk üzrə rəisi, general Pavel Qorçakov verib. Pavel Qorçakovun sözlərinə görə, fəaliyyətə başlayacaq "qanuni oğru"lar Dubay və Sankt-Peterburqda ad alanlardır: "Hazırda Arxangelskdə bir "qanuni oğru" var və o, vəziyyətə heç bir təsir göstərmək imkanında deyil".

Arxangelskdə heç bir zaman oğruların taclandırılması mərasiminin keçirilmədiyini deyən general-mayor azərbaycanlı Heydərov soyadlı "qanuni oğru" barədə də danışıb:

"Heydərov bura gəldi və bizim "qayğı və diqqətimizlə" əhatə olundu. Onunla bağlı tədbirlər görüldü, bütün hərəkətləri sənədləşdirildi. O, öz diasporunun nümayəndələri ilə görüşdü. Bizə məlum oldu ki, ona "obşakdan" pul verildi və o getdi.
İkinci "qanuni oğru"nun isə Dubayda ad alanlardandır, ancaq mən onun soyadını açıqlamayacağam. Hələlik bu şəxs Arxangelskə gəlməyib".

Bölgəyə gələn azərbaycanlı "qanuni oğru"nun kim olduğuna gəlincə isə, bu şəxsin 2012-ci ilin sentyabrında taclandırılan Heydərov Əli Müseyib oğludur. O, kriminal aləmdə Albert Gəncəli kimi tanınır. Bu "qanuni oğru"nun Ded Xasanın klanı tərəfindən keçirilən "sxodka"da ad aldığı bildirilir. Albert Gəncəli Azərbaycandan 1996-cı ildə Arxangelskə gedib. 2000-ci ildə ölümə təhdid maddəsi ilə 6 il azadlıqdan məhrum edilib. Onun oğru aləminə Timur Sverdlovski, Merab Mzarelua, Qela və Qizo Kardava, Zap, Vadik Krosnadarski kimi oğruların xeyir-duası ilə daxil olduğu bildirilir.

Elnarə
AzNews.az