03:19
(077) 610-22-33

“Quli“nin adamı Rövşənin adamını öldürdü

  • >
252 18 Fevral 2013 15:31 | Kriminal

Nəbi Cəfərov Şaiq Rəhimovun şah damarını kəsərək qətlə yetirib



Fevralın 13-də Bakıda daha bir qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi sakini Şaiq Rəhimov Səbail rayon sakini Nəbi Cəfərov tərəfindən bıçaqla qətlə yetirilib. Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirmilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Cəfərov fevralın 14-də həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilib. Hüquq mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyimiz məlumata görə, qətlə yetirilən şəxs məcburi köçkündür. Onun məhşur avtoritet Rövşən Lənkəranskinin adamı olduğu bildirilir.

Maraqlıdır ki, Şaiq Rəhimovu qətlə yetirən Nəbi Cəfərovun isə digər məhşur avtoritet "Lotu Quli" ləqəbli avtoritet Nadir Səlifovun adamı olduğu bildirilir.

Əldə etdiyimiz məlumata görə, Nəbi Cəfərovla Şaiq Rəhimov arasında münaqişə Lökbatan qəsəbəsi ərazisində yerləşən "Dərya" restoranında baş verib. Onların arasında baş vermiş münaqişəyə isə "Lotu Quli" ilə Rövşən Lənkəranskinin hansının daha nüfuzlu olmasının müzakirəsi səbəb olub. Müzakirə zamanı gənclərin sözləri çəpləşib və onlar əlbəyaxa olublar. Bu zaman Nəbi Cəfərov üstündə gəzdirdiyi bıçaqla Şaiq Rəhimovun ayaq nahiyəsinə bir zərbə endirib. Zərbə Şaiqin şah damarını zədələdiyi üçün o, xeyli qan itirib və elə hadisə yerindəcə dünyasını dəyişib. Məlumata görə, restoranın qarşısında müştəri gözləyən taksilərdən yaralının xəstəxanaya çatdırılması üçün kömək istənilsə də, onlar bundan imtina edərək ərazini tərk ediblər. Bu üzdən də xeyli qan itirən Ş.Rəhimov elə oradaca ölüb.

Publika.az-ın əldə etdiyi digər məlumatlara görə, bir uşaq atası olan Nəbi Cəfərov Səbail rayonu, Bayıl qəsəbəsində yaşayır. O, bir neçə ay bundan əvvəl Bakıdakı "Troya" barında bir neçə bıçaq zərbəsi ilə ağır yaralanıbmış. (publika.az)

AzNews.az
Bağla X