İşə fevralın 20-də baxılacaq İşə fevralın 20-də baxılacaq

“Qanuni oğru” naziri məhkəməyə verdi

İşə fevralın 20-də baxılacaq



Rusiya kriminal aləminin tanınmış nümayəndəsi "qanuni oğru" Vyaçeslav Şestakov Latviyanın daxili işlər nazirindən məhkəməyə şikayət edib. Sliva ləqəbli "qanuni oğru" adının nazir tərəfindən Latviyada arzuedilməz şəxslərin siyahısına salınmasından qəzəblənib. "Qanuni oğru"nun şikayətinə fevralın 20-də baxılacaq.

Qeyd edək ki, Sliva 2010-cu ildə bu ölkədə daimi yaşamaq haqqında icazə alıb. Ancaq daxili işlər naziri Rixard Kozloviskis onu "qara siyahı"ya salmaqla bərabər, Şengen vizası zonasına da daxil olmasını əngəlləməyə çalışıb. Sliva Ded Xasanın klanının emissarı kimi tanınır.

Elnarə
AzNews.az