Sumqayıtda cibgir dəstəsi tutulub

Sumqayıtda cibgirliklə məşğul olan bir qrup şəxs tutulub. APA-nın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 6 dəfə məhkumluq həyatı yaşamış, 1971-ci il təvəllüdlü Elxan Cəfərov, 2 dəfə məhkumluq həyatı yaşamış, 1975-ci il təvəllüdlü Zümrüd Adilova və 1983-cü il təvəllüdlü Elbrus Cavadov tutulublar.

E. Cəfərovdan həmçinin narkotik vasitə də götürülüb. E. Cəfərov kriminal aləmdə "Cibgir Elxan" kimi tanınır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az