10:20
(077) 610-22-33

Peterburqdakı davanın səbəbi-gəlin qaçırma

  • >
585 20 Fevral 2013 15:38 | Kriminal

19 fevral Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar arasında baş verən davanın səbəbləri araşdırılır



Rusiya mətbuatı tərəflər arasında baş verən dava haqqında çox məntiqsiz bir iddia ortaya qoyub.

Belə ki,mətbuatın apardığı araşdırmaya görə,uzun müddət Rusiyada yaşayan azərbaycanlı ailəsinin qızı ilə qohum olmaq istəyən, Şəmkirli həmyerlimiz guya ki, Azərbaycanın qədim "toydan əvvəl gəlin qaçırma" ənənəsinə riayət etmək istəyib. Ancaq Peterburqda yaşayan ailə bu ənənə ilə razılaşmayıb və hər iki tərəfin tanışlarının iştirakı ilə dava başlayıb.

Qeyd edək ki, Azərbaycanda toydan əvvəl gəlinin qaçırılması kimi bir adət yoxdur. Hadisədən sonra Rusiya mənbələri davaya bizneslə bağlı problemlərin səbəb olduğunu yazmışdı.

Xatırladaq ki,kütləvi davada 20-dən artıq insan iştirak edib. 15 nəfər hadisə yerində, daha 13 nəfər isə bir müddət sonra saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

AzNews.az
Bağla X