- Köhnə - Kriminal
- 12 Oktyabr 2017 10:29
- 6 113
Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik
Oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, 16 oktyabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci il tarixdə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının (07.01.2017-ci il tarixdə təsdiq olunmuş) hərəkət cədvəli