12:47
(077) 610-22-33

Erməni “qanuni oğru” Azərbaycan vətəndaşı çıxdı!

  • >
733 21 Fevral 2013 17:02 | Kriminal

Armen Kazaryan Amerikada Azərbaycan vətəndaşı kimi “Green Card” alıb



Amerikada 37 ay həbsə məhkum edilən erməni "qanuni oğru" Armen Kazaryanın Ermənistana esktradasiyası mümkün olmayacaq. O, Amerikada Azərbaycan vətəndaşı kimi "Green Card" alıb. Bu barədə məlumatı Ermənistanın "Aykakan jamanak" qəzeti yayıb.

Qəzet bildirib ki, 6 ay sonra Armen Kazaryanın Ermənistana gətirilməsi barədə məlumatların əsası yoxdur. Çünki cinayətkar dəstə yaratmaqda təqsirləndirilən "qanuni oğru" Amerikada yaşamaq hüququ verən karta sahibdir: "Deportasiya ancaq gəldiyi ölkəyə edilə bilər. Ancaq indiki halda bu mümkün deyil. Çünki Pzo ləqəbli "qanuni oğru" İrəvandan olduğunu bildirsə də, sənədlər başqa şey deyir. Ermənistan da başqa ölkənin vətəndaşının ekstradasiyasını həyata keçirə bilməz".

1991-ci ildə "qanuni oğru" adını alan Pzonun Ermənistanın Robert Köşaryan və Serj Sarkisyanla yaxın münasibətlərinin olduğu bildirilir.


Məlum olub ki, "Pzo" ləqəbli Armen Kazaryan Azərbaycanda doğulub. 1996-ci ildə Amerikaya mühacirət edən "qanuni oğru" silah, daş-qaş, nadir metallar, narkotik maddələr alveri, habelə adam oğurluğu və quldurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstəyə rəhbərlik edib. O, Amerikada yaşadığı müddətdə Azərbaycanda milli münaqişə zəminində təqiblərə məruz qaldığını və hətta atasının 1990-cı ilin yanvarında Bakıda yandırıldığını iddia etsə də, məlumatlar yalan çıxıb. Məhkəmə araşdırması onun atasını Azərbaycanda da heç bir təqibə məruz qalmadığını və ailəsi ilə birlikdə Bakını tərk etdiyini, hazırda isə Moskvada yaşadığını üzə çıxarıb.

Vəkili Mark Qeraqos müdafiə etdiyi şəxsi həbsdən və 60 min dollar cərimədən qurtarmaq üçün onun "qanuni oğru" olmadığını sübut etməyə çalışıb. Bunun üçünsə əsas kimi ona Bakıda həbsdə olduğu müddətdə həbsxanada təcavüzə məruz qaldığını, belə şəxslərin isə "qanuni oğru" ola bilməyəcəyini iddia edib.

Elnarə
AzNews.az
Bağla X