- Köhnə - Kriminal
- 22 Fevral 2013 16:58
- 10 184
DİN, MTN və Baş Prokurorluğun birgə əməliyyatı
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq İmişli rayonunda baş vermiş cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb
Respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib.
Məlumata görə, fevralın 16-da İmişli rayonunun Cəfərli kəndi ərazisində "VAZ-2107" markalı 66-BB-616 dövlət qeydiyyat nişanlı yanmış avtomobildə İmişli şəhər sakini Məsudi Orucovun üzərində kəsilmiş-deşilmiş xəsarət olan meyiti aşkar edilib və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daxili işlər, Milli təhlükəsizlik və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri zəminində əvvəllər məhkum olunmuş,rayon akini, 1985i il təvəllüdlü, Niyəməddin Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o, tutularaq istintaqa cəlb olunub.
N.Ağayev ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.