15:23
(077) 610-22-33

Sumqayıtda dəhşətli cinayət

  • >
377 23 Fevral 2013 11:14 | Kriminal

Sumqayıtda dəhşətli cinayət törədilib.




Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 28 yaşlı Azad Məmmədov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Bıçaq A. Məmmədovun boğazına sancıldığından həkimlər onu Sumqayıtda əməliyyat edə bilməyiblər. Yaralı təcilli olaraq Bakıya, Klinik Tibbi Mərkəzə gətirilib. Uzun sürən əməliyyatdan sonra bıçaq A. Məmmədovun boğazından çıxarılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Baş vermiş hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az
Bağla X