Qusarda qonşusuna məxsus yardımçı təsərrüfatı yandıran şəxs saxlanılıb. Qusarda qonşusuna məxsus yardımçı təsərrüfatı yandıran şəxs saxlanılıb.

Qusarda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qusarda qonşusuna məxsus yardımçı təsərrüfatı yandıran şəxs saxlanılıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 3-də saat 01.00 radələrində Qusar rayonunun Üzdən-oba kəndində yaşayan Yarmət Nurmətovun həyətindəki sahəsi 48 kvm. olan yardımçı təsərrüfat yandırılıb.

Nəticədə yanar konstruksiyalar yanıb, oradakı 1 baş inək tələf olub. Hadisəni törətməkdə şübhəli bilinən qonşuluqda yaşayan yeniyetmə Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.