- Köhnə - Kriminal
- 23 Fevral 2013 13:02
- 2 565
Polis bölməsinə “top-tüfəng“lə gəldi
Tovuz rayon sakini özündə olan silah-sursatı polisə könüllü təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayonunun Qovlar qəsəbəsində yaşayan Yasin Sadıqov 1 ədəd "KOMBAT-PP" markalı qaz tapançasını, 1 ədəd ov tüfəngini, 1 ədəd "F-1" qumbarasını və 219 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Qovlar polis bölməsinə təhvil verib.
Hazırda Sadıqovun bu qədər silah-sursatı necə əldə etməsinə dair araşdırma aparılır.
Silahların əvvəllər törədilmiş hər hansı cinayətdə istifadə olunub-olunmasını təyin etmək məqsədilə eksertiza təyin edilib.
AzNews.az