Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 27 yaşlı Malvina Babayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirirlib. Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 27 yaşlı Malvina Babayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirirlib.

Prokuror narkotik alverçisi Malvina Babayevaya 9 il həbs istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 27 yaşlı Malvina Babayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirirlib.

Report-un xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək, M.Babayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi 16 noyabrda davam edəcək.

Qeyd edək ki, M. Babayeva istintaqa məlum olmayan Ataş adlı şəxslə əlbir olaraq külli miqdarda marixuana satışı ilə məşğul olub. Onlar narkotik vasitəni Zığ qəsəbəsində dəmir konteynerdə saxlayıblar. Bu ilin may ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

M.Babayeva 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də cinayət məsuliyyətinə cəlb olunub.

AzNews.az