Masallı rayonunda 53 yaşlı kişinin intiharının təfərrüatı məlum olub. Masallı rayonunda 53 yaşlı kişinin intiharının təfərrüatı məlum olub.

“Uşaq ayaqyoluna keçəndə görüb ki…” - 53 yaşlı kişinin intihar təfərrüatı

Masallı rayonunda 53 yaşlı kişinin intiharının təfərrüatı məlum olub.

Xoşçobanlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Abusət Abbasov uzun illərdir, ruhi xəstə olub:

“O, xəstəxanada qeydiyyatda idi. İki dəfə ailəli olub. Birinci ailəsindən üç uşağı, ikincidən isə bir uşağı var. Səhər saatlarında yuxudan durub, keçib ayaqyoluya və orada özünü asıb. Həmin vaxt həyat yoldaşı həyətdə, uşağı isə evdə olub. Uşaq ayaqyoluna keçəndə baxıb ki, atası ipdən asılı qalıb”.

Qeyd edək ki, Masallıda intihar hadisəsi baş verib. Rayonun Xoşçobanlı kənd sakini 1964-cu il təvəllüdlü Abbasov Abusət Abbas oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Bahar RÜSTƏMLİ
AzNews.az