16:10
(077) 610-22-33

Ata və 4 yaşlı oğlu niyə öldü?

  • >
252 25 Fevral 2013 10:12 | Kriminal

Fevralın 23-də Sabirabad rayonunda itkin düşmüş ata və oğlunun meyiti tapıldı.




Lent.az-ın məlumatına görə, Sabirabad şəhər sakini, Vidadi küçəsi, dalan 1, ev 4-də yaşayan 1974-cü il təvəllüdlü Fuad Həsənov və onun 4 yaşlı oğlu Elxanın ölümünün ilkin səbəbi məlum olub. F.Həsənovun yaxınlarının bildirdiyinə görə, o ruhi-əsəb xəstəsi olub və uzun müddət psixi pozuntulara görə müalicə də olunub. Bu il yanvarın 30-da isə 39 yaşlı kişi çox sevdiyi 4 yaşlı oğlunu da götürərək evdən çıxıb. O oğlu ilə gəzintiyə çıxdığını deyərək yaşadığı ünvanı tərk edib. Lakin bir daha geri qayıtmayıb. Məlum olub ki, ata oğlunu qucağına götürərək Kür çayı yaxınlığındakı "axmaz" adlanan gölməçəyə girib. Hadisədən 24 gün sonra, yəni fevralın 23-ü saat 11.00 radələrində ata və oğulun meyiti əvvəllər Kür çayının məcrası olmuş və sonradan su çalasına çevrilmiş gölməçədən tapılıb.

Qeyd edək ki, evdən çıxarkən F.Həsənovun əynində qara şalvar və qara balon gödəkcə olub. Uşağın əynində tünd sarı rəngli dəri gödəkcə (dublyonka) olub.

Hadisə ilə əlaqədar araşdırmalar aparılır.

AzNews.az
Bağla X