Fərhad Əliyevin yeznəsini öldürən şəxsə cinayət işi açıldı

Azərbaycanın hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yeznəsi Zülfüqar Əzizovu avtomobillə vurmuş Vəkil İsayev barəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb. Hüquq-mühafizə otrqanlarından Femida.az-a verilən məlumata görə, hazırda iş üzrə istintaq aparılır. "Hələ ki, həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilməyib" – deyə, məlumatda bildirilib.

Qeyd edək ki, Bakı-Astara magistralının Alar kəndindən (Cəlilabad rayonu) keçən hissəsində baş verən hadisə nəticəsində piyada Zülfüqar Əzizov ölüb.

Z.Əzizov sabiq nazirin bacısı Xalidə Əzizovanın həyat yoldaşı olub. O, son illərdə işsiz olsa da, F.Əliyev nazir ikən Biləsuvar Gömrük İdarəsində yüksək vəzifədə çalışıb.

AzNews.az