02:23
(077) 610-22-33

Gəncədə narkotik istifadəçiləri saxlanılıb

  • >
351 26 Fevral 2013 21:56 | Kriminal

Gəncədə 3 nəfər narkotik istifadəçisi saxlanılıb.




Gəncə polisi 3 nəfər şəxsdən külli miqdarda narkotik vasitə əldə edib. Belə ki, 1 nəfərdən 4 kiloqramdan çox marixuana, 2 nəfərdən isə 5 qramdan artıq heroin götürülüb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Gəncə sakini Elmir Elman oğlu Əliyev saxlanılıb. Saxlanılarkən onun üzərindən 9,31 qram marixuana aşkar edilib. Elman Əliyevin yaşadığı Təbriz küçəsi, 123 nömrəli evə baxış zamanı isə oradan 4 kiloqram 215 qram marixuana aşkar edilərək götürülüb. Elmir Əliyev əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkumluq həyatı yaşayıb. Hazırda saxlanılan şəxsin marixuananı nə vaxt və hansı mənbədən əldə etdiyi, satışını həyata keçirib-keçirmədiyi ilə bağlı araşdırmalar aparılır.

Gəncə polisi şəhər sakinləri Asif Musayevin üzərindən 4,147 qram, Nicat Nağıyevdən isə 0,72 qram heroin aşkar edib. Onlar istintaqa ifadələrində etiraf ediblər ki, narkotik vasitə istifadəçisidirlər.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, gəzdirmə, satma, istifadə etmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

AzNews.az
Bağla X