10:22
(077) 610-22-33

Daha bir rüşvət qalmaqalı

  • >
455 27 Fevral 2013 09:49 | Kriminal

Baş Prokurorluq daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb.




Qurumun mətbuat xidmətindən verilən məlumata görə, son günlər Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən vəzifəsindən sui-istifadə edən şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon Baytarlıq idarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon Baytarlıq idarəsinin rəisi Alim Zeynalov, idarənin rəis müavini Səyyad Cəfərovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətə, yəni vətəndaşın barəsində tərtib olunmuş aktın ləğv edilərək tədbir görülməməsi üçün 2.000 (iki min) manat məbləğində rüşvət tələb edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində fevralın 20-də rayon Baytarlıq idarəsinin inzibati binasında A.Zeynalov xidməti otağında Ağcabədi rayon sakinindən 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

A.Zeynalov və S.Cəfərov Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AzNews.az
Bağla X