Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli qətl hadisəsi törədilib Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli qətl hadisəsi törədilib

Aşpaz iş yoldaşını döyə-döyə öldürdü

Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli qətl hadisəsi törədilib




Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Fəzail Bayramov küçəsində yerləşən "İBO Kebab" restoranında aşpazlar arasında dava olub. Münaqişə nəticəsində orada aşpaz işləyən 1991-ci il təvəllüdlü Əsədov Adəm Akif oğlu həmkarı Mövlanov Mövlan Rəis oğlunu oxlovla döyə-döyə öldürüb. A.Əsədov həmkarının başına taxta alətlə çoxlu sarsıdıcı zərbələr endirib. İkinci aldığı ağır-kəllə beyin travmasından dünyasını dəyişib.

A.Əsədov saxlanılıb. Fakt üzrə cinayət işi açılıb.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

AzNews.az