Bakı şəhərinin Yasamal rayonu ərazisində silahlı şəxs saxlanılıb Bakı şəhərinin Yasamal rayonu ərazisində silahlı şəxs saxlanılıb

Bakıda daha bir silahlı şəxs saxlanılıb

Bakı şəhərinin Yasamal rayonu ərazisində silahlı şəxs saxlanılıb



Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qanunsuz silah gəzdirən şəxsin yaxalanması üçün əməliyyat keçirilib. Cabbarov küçəsi 14 ünvanının qarşısında polis Yequnov Vadim Anatolyeviçi saxlayaraq bölməyə aparıb. Üzərinə baxış keçirilərkən "TT" markalı tapança, 1 ədəd tapança darağı və 2 ədəd patron aşkarlanaraq götürülüb.

Hazırda silahın hər hansı cinayətdə işlənib-işlənməməsi və digər məqamlar araşdırılır.

Qeyd edək ki, fevralın 27-də Nəsimi rayonunda da silahlı şəxs yaxalanıb.


AzNews.az