Bakı şəhərinin Xəzər rayonunda evlərdən oğurluq edən şəxslər tutulub. Bakı şəhərinin Xəzər rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.

Evlərdən qızıl aparanlar tutuldu

Bakı şəhərinin Xəzər rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin dekabr ayı ərzində rayon ərazisində 2 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Saleh Sübhanov, Şərur rayon sakini Əkbər Rəsulov və Yevlax rayon sakini Mehdi İsmayılov saxlanılıblar.