Dəhşətli qətl: bacıoğlu dayısını amansızlıqla öldürdü

Neftçala rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Neftçala sakini, 1990-cı il təvəllüdlü Hüseynov Səbuhi İsgəndər oğlu öz dayısı, 1974-cü il təvəllüdlü Əliyev Balaməmməd Ağaməmməd oğlunu amansızlıqla qətlə yetirib. Hadisə dünən saat 19 radələrində S. Hüseynovun xalası Mehribanın evində baş verib. 23 yaşlı bacı oğlu 39 yaşlı dayısı ilə şəxsi münaqişə zəminində mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və qətllə nəticələnib. O, dayısına çox saylı bıçaq xəsarətləri yetirərək öldürüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, dayını öldürən gənc yaxalanıb.