21:23
(077) 610-22-33

Ayaz Salayev MKM-i biabır etdi

  • >
325 2 Mart 2013 11:40 | Kriminal

“Bu il keçirilən kitab mükafatına təqdim olunan əsərlərin birini belə mənə verməyiblər”



Milli Kitab Mükafatı 241 müəllifin arasından 20 əsərin adını açıqladı. Müsabiqədən kənarlaşdırılan müəlliflərdən biri – Vüsal Nuru isə narazı qaldığını dilə gətirib. Bu il də MKM missiyasını biabırçılıq adlandıran V.Nuri onun müsabiqəyə təqdim etdiyi "999" romanını bir vərəqinin belə münsiflər heyəti tərəfindən gözdən keçirilmədiyini bildirib: "Yalnız adlardan ibarət olan münsifləri də bu müsabiqədən təxris etmək lazımdır. Rüstəm İbrahimbəyov hardadı? Bəs Əkrəm Əylislinin başı açılıb? Qənirə Paşayeva bekardı? Ayaz Salayev kinodan əl çəkib? Rafiq Əliyev asudə vaxtı necə qazanır? Sabir Rüstəmxanlı partiyanın işini qoyub kitab oxuyur? Bəs Qaraqan?"...

Kinorejissor Ayaz Salayev AzNews.az-a açıqlamasında V.Nurinin ittihamını qəbul etdi:

"O, kimdirsə düz deyir. Mən onun "999" adlı romanının nəinki bir səhifəsini, heç üzünü belə görməmişəm. Oxumamışam. Ümumiyyətlə, bu il keçirilən kitab mükafatına təqdim olunan əsər, romanının birini belə mənə verməyiblər. Gərək versinlər də. Gözləyirəm".

Bahar Rüstəmli
AzNews.az

Bağla X