06:05
(077) 610-22-33

Nurçulara qarşı xüsusi əməliyyat keçirildi

  • >
421 3 Mart 2013 19:52 | Kriminal

Rusiyada keçirilən əməliyyatda 4 azərbaycanlı saxlanıldı



Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində aralarında azərbaycanlıların da olduğu dini qruplaşma üzvləru həbs edilib. Həbs edilənlərin nurçular olduğu bildirilir.

"İTAR-TASS" ın məlumatına görə, Rusiyada nurçuluğun qadağan edilməsinə baxmayaraq, bu dini qruplaşma son zamanlar fəallıq nümayiş etdirir. Saxlananlardan 5 nəfəri Rusiya, 4-ü Azərbaycan və bir nəfəri isə Türkmənisran vətəndaşıdır.

Sankt-Peterburqda saxlananların yaşayış yerinə baxış zamanı rus və türk dilində ekstremist ədəbiyyat tapıldığı xəbər verilir.


Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X