Gürcüstanın Marneuli rayonunda qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən azərbaycanlı saxlanılıb. Gürcüstanın Marneuli rayonunda qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən azərbaycanlı saxlanılıb.

Azərbaycanlı külli miqdarda heroinlə saxlanılıb - Gürcüstanda

Gürcüstanın Marneuli rayonunda qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən azərbaycanlı saxlanılıb.

AzNews.az xəbər verir ki, APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi xəbərə görə, 1979-cu il təvəllüdlü A.A. adlı şəxsin üzərində tərkibində 19,45 qram heroin olmaqla, 32,03 qram narkotik vasitə aşkar edilərək müsadirə edilib.

Saxlanılan şəxs günahını etiraf edib.

Gürcüstan DİN faktla bağlı istintaq aparır.