Vəkil: “Lotu Quli narahatdır”



"Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun vəkilləri Gülnarə Xudabaxışova və Təranə Əliyevanın iddiasına Apellyasiya Məhkəməsində nə zaman baxılacağı məlum deyil. Bunu AzNews.az-a Nadir Səlfovun digər vəkili Kamandar Nəsibov bildirib.

Vəkilin sözlərinə görə, 1 saylı Yerli –İnzibati İqtisad Məhkəməsinin hakimi Elçin Məmmədov işi Apellyasiya Məhkəməsinə göndərməyib. Əgər Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayarsa, Lotu Qulinin vəkilləri Ali Məhkəməyə və daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.

K. Nəsibov qeyd edib ki, Nadir Səlifov vəkilləri ilə bağlı yaranan vəziyyətdən çox narahatdır: "Vəkillər Gülnarə Xudabaxışova və Təranə Əliyevanın Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi Murtuz Sadıqova qarşı iddiaları təmin olunmadı. Nadir Səlifovla görüşə gedərkən müəssisə əməkdaşları tərəfindən qanunsuz olaraq yoxlanılmaları, müdafiə etdikləri şəxslə görüşə əsassız olaraq problem yaradılmasından narazı qalaraq həmin hərəkətlərin qanunsuz hesab olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdilər. Bu vəziyyət Nadir Səlifovu narahat edir".

Hazırda 3 vəkilindən ancaq biri ilə görüşən Nadir Səlifovun digər iki xanım vəkili yeniləri ilə əvəzlənməsi ehtimalına gəlincə isə, K. Nəsibov "Bu mәsәlә yalnız ondan asılıdır" deyə vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az