Ağsuda intihar hadisəsi olub. Ağsuda intihar hadisəsi olub.

İki uşaq atası özünü öldürdü

Ağsuda intihar hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün rayonun Kəndoba kəndində 1970-ci il təvəllüdlü Əliyev Əsgər Qardaşəli oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb.

İki uşaq atası olan Əsgər Əliyevin özünə qəsd etməsinin səbəbi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzNews.az