Bakıda öldürülən qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb. Bakıda öldürülən qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Bakıda zibil qutusunda meyiti tapılan qadını öldürən şəxs tutulub

Bakıda öldürülən qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ. Qorlova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az