“Zərif, mərhəmət simvolu olan qadının birdən-birə insanı xüsusi amansızlıqla qətlə yetirib, onu zibil qutusuna atması təəssüf hissi doğurur”. “Zərif, mərhəmət simvolu olan qadının birdən-birə insanı xüsusi amansızlıqla qətlə yetirib, onu zibil qutusuna atması təəssüf hissi doğurur”.

“Qadın da cinayətə əl atıb, adam öldürür” - Psixoloq

“Zərif, mərhəmət simvolu olan qadının birdən-birə insanı xüsusi amansızlıqla qətlə yetirib, onu zibil qutusuna atması təəssüf hissi doğurur”.

Bunu AzNews.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimovanın meyitinin Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş vəziyyətdə tapılmasından danışarkən deyib. O, qeyd edib ki, cinayətin hansı halda baş verməsini istintaq araşdıracaq:

“Amma bir qadının qadın tərəfindən amansızcasına qətlə yetirilməsi dəhşət doğuran bir şeydir. Çox təəssüf… Bizim üçün qadın zəriflik, məhrəmət simvolu olub. Belə cinayətlərlə hara gedirik? Çox qarışıq bir cəmiyyətdə yaşayırıq. Zorakılıq hadisələrini tək kişiyə qarşı dəyərləndirmək olmaz. Bəzən qadınlar tərəfindən də xüsusi amansızlıq və qəddarlıq hallarının baş verdiyinin şahidi oluruq. Görün necə bir cəmiyyətdə yaşayırıq ki, qadın da cinayətə əl atıb, adam öldürür”.

Elnur Rüstəmov bu kimi cinayətlərin sosial problemlərə kökləndiyini bildirib: “Qadın çətin həyat tərzində yaşayıb, travma alıb, manyak da ola bilər ki, onun da əməlləri belə cinayətlərə gətirər. İnsanlarda böyük aqressiya var, onlar mütləq çıxarılmalıdır. Bu gün insanların aktiv həyatı o qədər də böyük deyil. Aqressiya paxıllıq, gözü götürməməzlik və s. kimi hallardan formalaşır. Belə insanlardan uzaq olmaq lazımdır”.

Qeyd edək ki, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş vəziyyətdə qadın meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilərək balta ilə hissələrə bölünüb və məişət tullantıları qutusuna atılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az