Beyləqan və Ağcabədi rayonlarında 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini tutulub. Beyləqan və Ağcabədi rayonlarında 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini tutulub.

İşlədiyi fermadan oğurluq edən çoban tutuldu

Beyləqan və Ağcabədi rayonlarında 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini tutulub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan və Ağcabədi rayonları ərazisində ayrı-ayrı təsərrüfatlardan bir neçə dəfə oğurluq edən Rahil Zülfiqarov saxlanılıb.

Məlum olub ki, o, vətəndaşların ümümlikdə 27 baş seçmə xırda buynuzlu heyvanını oğurlayıb.

Rahil Zülfiqarovun sözlərinə görə, o, oğurluğu əvvəlcədən planlaşdırıb və gecə saatlarında edib. O, oğurladığı heyvanların izini itirmək ücün onları bir neçə gün saxladıqdan sonra qonşu rayonlarda yerləşən bazarlarda satıb.

Qeyd edək ki, R.Zülfüqarov Ağcabədidəki fermalardan birində çoban işləyib. O, işlədiyi fermadan da oğurluq edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

AzNews.az