Quldurluğa görə tutulmuş şəxslərin digər əməllərinin də üstü açılıb. Quldurluğa görə tutulmuş şəxslərin digər əməllərinin də üstü açılıb.

Qadına qarşı quldurluq edənlər tutuldu

Quldurluğa görə tutulmuş şəxslərin digər əməllərinin də üstü açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-də quldurluq etdiklərinə görə tutulmuş Elnur Axundovun və Rafiq Ağayevin ətrafında aparılan tədbirlərlə onların martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərmələri, habelə ötən il dekabrından cari ilin yanvar ayınadək olan müddətdə 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Araşdırmalar aparılır.

AzNews.az