Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılıb. Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılıb.

Axtarışda olan 23 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.